Mühəndislik fakültəsi

ƏMƏKDAŞLAR

Dekan
tex.e.n., dos. Səmədov Elçin Ələsgər oğlu
Əlaqə telefonu:
+(994) 12 564-42-49
e-mail:
[email protected]

Dekan müavini:
Sevinc Abdullayeva Müseyib
Əlaqə telefonu:
+(994) 12 492-59-03 (13-31)

Maliyyə və mühasibat fakültəsi

Mühəndislik fakültəsi nəzdindəki kafedralar

Mühəndislik və tətbiqi elmlər

“Mühəndislik və tətbiqi elmlər”  kafedrası  “Mühəndislik” fakültəsinin nəzdində UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli iclasının EŞ-172 saylı və 14 sentyabr 2020-ci il tarixli iclasının EŞ-173 saylı qərarlarının icrasını təmin etmək məqsədilə UNEC rektorunun  13 oktyabr 2020-ci il tarixli, 487/3/2020 saylı əmri əsasında yaradılmış və 19 oktyabr 2020-ci il tarixindən etibarən fəaliyyətə başlamışdır.

“Ekspertiza və standartlaşdırma” fakültəsinin “İstehlak mallarının ekspertizası”, “Standartlaşdırma və sertifikasiya“, “Qida məhsullarının texnologiyası”, “Texnoloji maşınlar və sahə avadanlıqları” və “Fizika və kimya” kafedraları ləğv edilmiş və “Mühəndislik” fakültəsi, “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.

Kafedrada 2020/2021-ci tədris ilindən başlayaraq təhsilin bakalavr pilləsində “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və  “Qida mühəndisliyi” ixtisasları üzrə və eyni zamanda təhsilin bakalavr pilləsində II, III və IV kurslarda, eləcə də magistratura pilləsində “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”, “Qida məhsulları mühəndisliyi”, “Çoxişlənən malların texnologiyası mühəndisliyi”, “İstehlak mallarının ekspertizası və marketinqi” və “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Mühəndislik ixtisasına mükəmməl yiyələnən kadrlar bu günkü müasir dünyamızın təməl texnologiyalarını idarə edir. Enerji təchizatı və ötürülməsi, tibb və səhiyyə sahələrindən tutmuş sənayedə tətbiq imkanlarına, qlobal ticarət, nəqliyyat, rabitə, əyləncə və təhlükəsizlik sahələrinə qədər həyatımızın hər sahəsi elektrik və elektron texnologiyalardan asılıdır.

Tələbələr bu ixtisasa  yiyələnməklə,  texnologiya sektorunda işləmək üçün lazım olan geniş bilik və bacarıqlar əldə edəcək, həm də müasir  peşəkar mühəndis tərəfindən tələb olunan daha geniş səlahiyyətlərə sahib olacaqlar.

Tədris prosesində tələbələr əsas mühəndislik bacarıqlarını yalnız mühazirələrə qatılaraq deyil, həm də konkret layihələr üzərində birgə işləməklə əldə edə bilirlər. Proqramda texniki fənlərlə yanaşı, sosial və ünsiyyət fənləri də yer alır. Tələbələr analoq və rəqəmsal avadanlıqlar, dizayn və mühəndislik kimi fənləri mənimsəyəcəklər. Üstəlik kursda proqramlaşdırma da var!

Bundan  başqa, bu ixtisasda texnologiyanın əsas prinsipləri ilə yanaşı,  yeni cihaz və qurğularla  da tanış olurlar. Burada müasir innovativ texnologiyalar haqqında  geniş məlumatlar verilir.

Proqram çərçivəsində təhsil alan tələbələr geniş texniki biliklər əldə etməklə yanaşı fənlərarası bir yanaşma da mənimsəyə bilərlər. Təcrübə dövründə isə tələbələr praktik və peşə keyfiyyətlərini inkişaf etdirmək imkanına malik olurlar.

 

 

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?