Mühəndislik fakültəsi

ƏMƏKDAŞLAR

Dekan
tex.e.n., dos. Səmədov Elçin Ələsgər oğlu
Əlaqə telefonu:
+(994) 12 564-42-49
e-mail:
[email protected]

Dekan müavini:
Sevinc Abdullayeva Müseyib
Əlaqə telefonu:
+(994) 12 492-59-03 (13-31)

Maliyyə və mühasibat fakültəsi

Mühəndislik fakültəsinin əməkdaşları

Dekan: tex.e.n., dos. Səmədov Elçin Ələsgər oğlu

Əlaqə telefonu:+(994) 12 564-42-49
e-mail: [email protected]

15 yanvar 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, N.Axundov adına 1 nömrəli orta ümumtəhsil məktəbini bitirib, 1991-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutuna daxil olmuş, 1996-cı ildə institutu “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” ixtisası üzrə bitirmişdir.
1999-cu ildə həmin institutda əyani aspiranturanı (istehsalatdan ayrılmaqla) bitirmiş, 2000-ci ildə “Qeyri-ərzaq malları əmtəəşünaslığı və yüngül sənaye xammalı” ixtisası üzrə  “PVX linoleumlarının istehlak xassələrinin tədqiqi və uzunömürlüyünün proqnozlaşdırılması” mövzuda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
2000-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda baş laborant, həmin ildən institutun və Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun bazasında yaradılmış Azərbaycan Dövlət İqtisad Universitetində ardıcıl olaraq assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır. Hal-hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin əvvəlcə Əmtəəşünaslıq fakültəsində tərbiyə işləri üzrə dekan müavini, ictimai əsaslarla dekan müavini və dekan müavini, 2018-ci ildən Ekspertiza və standartlaşdırma fakültəsində dekan müavini, 2020-ci ildən isə Mühəndislik fakültəsində itimai əsaslarla dekan vəzifəsini icra etməklə dekan müavini vəzifələrində çalışmışdır. 2021-ci ildən Mühəndislik fakültəsinin dekan əvəzi vəzifəsində işləmişdir. 2014-cü ildə dosent elmi adını almışdır.
İşlədiyi müddət ərzində 40-dan çox elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, məqalələrin və s. müəllifi olmuşdur. AR Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, eləcə də UNEC-in Fəxri fərmanı ilə təltif olunmuşdur.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.

Dekan müavini: Abdullayeva Sevinc Müseyib qızı

Əlaqə telefonu: +(994) 12 492-59-03 (13-31)
e-mail – [email protected]

1983-cü il aprel ayının 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1989-1999-cu illər ərzində 61 saylı orta məktəbdə təhsil almış və qızıl medala layiq görülmüşdür.
1999-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya fakültəsinə daxil olmuş, 2003-cü ildə “Standartlaşdırma və sertifikasiya” ixtisası üzrə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” istiqamətinin “Marketinq” ixtisası üzrə MBA magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2010-cu ildən İqtisad Universitetinin (UNEC) “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim işləyib. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında tədris aparmaq üçün təşkil olunmuş müsabiqədən keçmiş və  tədris aparır.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.
2012-ci ilin dekabrında Keyfiyyət Assosasiyası tərəfindən təşkil olunmuş “İSO 9001- Keyfiyyəti idarəetmə sistemi. Daxili audit” təlimi üzrə kursu uğurla bitirərək TÜV Avstriya Türk şirkətinin İstanbul qeydiyyatlı sertifikatına layiq görülmüşdür.
2013-cü ilin dekabr ayında elmi dərəcə qazanmaq üçün UNEC-də fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmuş, minimum imtahanlarını uğurla vermis, ilkin müzakirədən keçmiş və tədqiqat işi üzərində çalışmaqdadır.
2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilmiş məqalə müsabiqəsində iştirak etmiş və ikinci yeri qazanmışdır.
2015-ci ildə Texnologiya Transfer Mərkəzi tərəfindən təşkil olunmuş “İxtiraçılığın əsasları və patentləşdirmə” mövzusunda keçirilən kursda iştirak etmişdir.
2016-cı ildə  “Gənclərin Elmi Araşdırmalarına Dəstək”  İctimai Birliyinin təşkil etdiyi təlimlərə qatılaraq tələbələrdə öyrənmə marağının formalaşdırılması və inkişafı istiqamətində biliklərə yiyələnmişdir.
Həmin ilin sentyabr ayında AR Təhsil Nazirliyinin Sabah Qrupları müəllimləri üçün təşkil olunmuş “Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” təlimində uğurla iştirak etmişdir.
2017-ci ildən Tələbə Elmi Cəmiyyətinin “SS (Standartlaşdırma və Sertifikasiya) Club” Tələbə Elmi Klubunun rəhbəridir. Həmin ildə yaranmış Gənc Müəllimlər Şurasının, eyni zamanda YAP-ın üzvüdür.
2018-ci ildə Keyfiyyət Assosiasiyası tərəfindən keçirilmiş “Global G.A.P. və Orqanik Kənd təsərrüfatı” üzrə seminarda iştirak edib sertifikat qazanmışdır.
2019-cu ildə British Council və UNEC tərəfindən təşkil edilmiş kursu uğurla bitirərək B2 səviyyə nəticəsini qazanmışdır (APTIS for Teachers Exam –B2 level).
Özünüinkişaf istiqaməti də daxil olmaqla çox sayda təlim, seminar, treninq və kurslara qatılaraq 50-dən çox sertifikat, diplom, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdür.
60-dan çox çap olunmuş elmi və metodiki əsərin, o cümlədən 1 metodik göstəriş, 8 tədris proqramı, 1-i “Scopus” və 8-i “Google Scholar” bazasında olan jurnallarda olmaqla 16-sı xaricdə, 7-si yerli jurnallarda nəşr edilən 23 məqalənin, həmçinin 21-i beynəlxalq, 8-i respublika konfransına təqdim edilməklə 29 tezisin müəllifidir.
2022-ci ilin sentyabr ayından “Mühəndislik” fakültəsində dekan müavini vəzifəsində çalışır. Ailəlidir, iki oğlu var.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Katiblik

Abdurahmanova Dildar Əbülfət

Tyutor

Allahyarova Arzu Sabiq

Tyutor

İsgəndərova Günay Rövşən

Tyutor

Cəlilova Jalə Kamal

Operator-kargüzar

Hacıyeva Təranə Aftandil

Operator-kargüzar

Əmirova Mətanət Savalan

Operator-kargüzar

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?