Mühəndislik fakültəsi

ƏMƏKDAŞLAR

Dekan
tex.e.n., dos. Səmədov Elçin Ələsgər oğlu
Əlaqə telefonu:
+(994) 12 564-42-49
e-mail:
[email protected]

Dekan müavini:
Sevinc Abdullayeva Müseyib
Əlaqə telefonu:
+(994) 12 492-59-03 (13-31)

Maliyyə və mühasibat fakültəsi

İxtisaslar

  • “Sənaye mühəndisliyi”;

  • “Materiallar mühəndisliyi”;

  • “Maşın mühəndisliyi”;

  • “Ekologiya mühəndisliyi”;

  • “Elektrik və elektronika mühəndisliyi”;

  • “Qida mühəndisliyi”.

QİDA MÜHƏNDİSLİYİ  ixtisası 

 “Qida mühəndisliyi”  ixtisası üzrə təhsil alan  bakalavr tələbələr müasir qida texnlogiyalarının yaradılmasında əsas nəzəri və praktiki istiqamətləri, qida məhsullarının istehsalında müasir tədqiqat üsullarını, texnoloji metodları, nanotexnoloji üsulları, qida qatqıları, bioloji aktiv əlavələrin sağlam, keyfiyyətli qida məhsullarının alınmasında tətbiqini, keyfiyyətin normallaşdırılması, məhsulların standartlaşdırılması, təhlükəsiz məhsul istehsalını, klassik və modern qida nəzəriyyələrini, texnologiyaların mikrobioloji, reoloji, biokimyəvi əsaslarını, xammal və qida məhsullarının xarabolma səbəbləri və onların aradan qaldırılması üçün tələbləri, qida istehsalı  sahəsində mövcud olan beynəlxalq qanunvericilik, normativ–texniki sənədlər, qida məhsullarına və müəssisələrinə olan təhlükəsizlik tələbləri, Avropa Direktikləri və yerli standartların tələbləri, “Tarladan süfrəyə” prinsipinə əsaslanan təhlükəsiz məhsul istehsalı, mövcud risklər və təhlükələrin qarşısının alınması, minimuma endirilməsi və idarə olunmasını öyrənir.

Bu ixtisas üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin istənilən sahəsində  süd və süd məhsulları, balıq və balıq məhsulları, ət və ət məhsulları, şərabçılıq, çörək və unlu qənnadı məmulatları istehsal edən müəssisələrdə, elmi tədqiqat laboratoriyalarında, iaşə müəssələrində mühəndis-texnoloq, qida təhlükəsizliyi üzrə menecer, laboratoriya mütəxəssisi və s. kimi vəzifələrdə çalışa bilər.

Bu ixtisasda mütəxəssis hazırlığı çərçivəsində tələbələrə aşağıdakı fənlər tədris  olunur: Qida kimyası, Qida məhsullarının biokimyası, Qida məhsullarının soyudulma texnologiyası, Qida mikrobiologiyası, Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət, Fiziki kimya, Tibbi və funksional qidalar kimyası.

Qida mühəndisliyi  ixtisası üzrə tədris 2 dildə aparılır (azərbaycan, rus).

ELEKTRİK VƏ ELEKTRONİKA MÜHƏNDİSLİYİ ixtisası 

Elektrik mühəndisinin vəzifələri elektrik işləri üçün sənədlərin hazırlanması və elektrik təchizatı şəbəkələrinin quraşdırılmasıdır. İşin miqyası bir otaqdan bütün şəhərə qədərdir. Peşə sahibləri belə şəbəkələrin çəkilməsi və istismarı ilə məşğul olan bir şirkətdə işləyirsə, bu zaman onun əsas vəzifələri obyektlərə baş çəkmə və hesablamaların aparılmasından ibarət olur. Bu halda elektrik mühəndisi texniki işçilərin işinə nəzarət edir. Elektrik mühəndisi həmçinin elektrik maşınlarını, aparatlarını və sənaye zavodarının hissələrini də dizayn edir. Elektrik mühəndisi, elektrik enerjisinin paylanması ilə əlaqədar prosslərin dizaynı, istismarı və idarə edilməsi üzrə mütəxəssisdir.

Elektrik və elektronika  ixtisası üzrə tədris azərbaycan dilində aparılır.

MAŞIN MÜHƏNDİSLİYİ ixtisası 

Sənaye və məişətin müxtəlif sahələrində çox çeşiddə, miqyasda və təyinatda maşınqayırma avadanlıqlarından, vasitələrindən istifadə olunur. Eyni adlı və təyinatlı maşınqayırma məhsulları, bir məmulatn müxtəlif hissələri müxtəlif müəssisələrdə və hətta müxtəlif ölkələrdə istehsal olunur. Buna baxmayaraq, onlar bir-birlərini bərabər səviyyədə əvəz edə bilməlidirlər. Maşın mühəndisliyi ixtisası məhz bu sahədə ixtisaslı kadrların hazırlanması məqsədi ilə yaradlmışdır. Maşın mühəndisi bütün növ  maşınqayırma avadanlıqlarının, vasitələrinin qəbul olunmuş kriteriyalar əsasında dizaynlaşdıran, istehsalını planlaşdıran istehsal texnologiyalarını inkişaf etdirən və test edən şəxslərdir. Bu ixtisas fizika, riyaziyyat, rəsm və kompüter elmləri ilə maraqlananlar üçün uyğundur.

Maşın mühəndisliyi  ixtisası üzrə tədris 2 dildə aparılır (azərbaycan, rus).

SƏNAYE MÜHƏNDİSLİYİ ixtisası 

 

Bu ixtisas üzrə təhsil alan tələbələr mövcud ehtiyatlardan optimal şəkildə istifadə etmək üçün düzgün qərarlar qəbul etmək, layihə tapşırıqlarının həlli üçün prioritetləri müəyyənləşdirmək, istehsal sistemlərini təhlil etmək, nəticələrini proqnozlaşdırmaq üçün İKT-nin müasir imkan və vasitələrini tətbiq etmək, sənayenin bütün sahələrində kompleks və proqram xarakterli məsələləri həll etmək, sənaye müəssisələrində texnoloji prosesləri idarə etmək; məhsulun həyat dövrünün müxtəlif mərhələlərində keyfiyyəti idarə etmək; texnoloji proseslərin unifikasiyası, standartlaşdırılması, məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi üzrə işləri təşkil etmək və yerinə yetirmək  kimi bacarıqlara yiyələnəcəklər. Məzunlar yüngül və qida sənayesinin çox geniş spektrə malik müxtəlif sahələrində, elmi tədqiqat laboratoriyalarında çalışa bilərlər.

Sənaye mühəndisliyi  ixtisası üzrə tədris 2 dildə aparılır (azərbaycan, rus).

MATERİALLAR MÜHƏNDİSLİYİ ixtisası 

Materillar mühəndisliyi – materiallar, onların struktur və xassələrələrinin öyrənilməsi, əvvəlcədən müəyyən edilmiş texnoloji və funksional xassələrə malik olan yeni materialların işlənib hazırlanması, onların istehsal texnologiyası və utilizasiyası ilə məşğul olur. Fizika, riyaziyyat, kimya elmlərinə maraq göstərən abituriyentlər UNEC-də bu ixtisası seçməklə gələcəkdə böyük uğurlar qazana bilərlər. Əldə edəcəyiniz müasir nəzəri biliklər, yeni yaradılmış, ən yeni cihaz və avadanlıqlarla təchiz edilmiş, respublikada analoqu olmayan laboratoriyalarda qazanacağınız bacarıq və vərdişlər sizin yalnız mövcud materialları ən yaxşı analiz etməyi bacaran bir mütəxəssis kimi deyil, həm də müasir dünyamızın tələb etdiyi innovativ materiallar yarada biləcək bir mütəxəssis kimi formalaşmağınıza imkan verəcəkdir.

Müasir dövrdə belə bir ixtisasa sahib olacaq mütəxəssislər müxtəlif təyinatlı sənaye müəssisələrində, o cümlədən respublikamızda yeni yaradılan texnoparklarda, müdafiə, tibbi və s. təyinatlı materiallar istehsal edən müəssisələrdə materiallar mühəndisi kimi, istehsal müəssisələrində keyfiyyətə nəzarət üzrə mütəxəssis kimi, yeni texnologiyalar əsasında materialların işlənib hazırlanması və materialların keyfiyyətinin tədqiqi sahəsində fəaliyyət göstərən laboratoriyalarda tədqiqatçı-mütəxəssis kimi fəaliyyət göstərə biləcəklər.

Materillar mühəndisliyi ixtisası üzrə tədris azərbaycan dilində aparılır.

EKOLOGİYA MÜHƏNDİSLİYİ ixtisası

Ekologiya mühəndisliyi – ətraf mühitin mühafizəsini və təbii sərvətlərin səmərəliliyini təşkil edən və nəzarət edən sahədir. Ekologiya mühəndisləri ətraf mühitin problemlərinə ekoloji nöqteyi-nəzərindən yanaşırlar. Ümumiyyətlə, ekologiya geniş sahədir. İşlədikləri sahələrə görə gördükləri iş strukturu çox fərqlidir. Ekologiya mühəndisləri tullantıların azaldılması və yaxud onların təkrar istehsalı, istifadəsi sahələrində işləyə bilərlər. Ekologiya mühəndisinin ətraf mühitə, atmosfer qatına, su hövzəsinə, torpaq qatına ziyan vuran bütün halların qarşısını ala bilmək üçün araşdırmalar aparmaq və bu kimi mənfi halların qarşısını almaq üçün müəyyən cəza tətbiq etmək kimi öhdəlikləri var. Ekologiya mühəndislərinin işi daha çox zavod və fabriklərdən çıxan zəhərli tüstülərin, ekoloji baxımından zərərli hissəciklərin təbiətin ekologiyasına ziyan vurmasını və dənizə axıdılmasının qarşısını almaqdır. Məqsədi texnika ilə ətraf mühit arasındakı münasibətləri harmonizasiya etməkdir. Ekologiya mühəndisliyinin  predmetini müəssisə, sənaye kompleksi və yaxud bütöv regionun texnosferi təşkil edə bilər. İxtisas fizika, kimya, biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.

Ekologiya mühəndisliyi ixtisası üzrə tədris azərbaycan dilində aparılır.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?